Bank Of Baku

Gürcüstan prezidenti 1281 məhkumu əfv edib

Gürcüstan prezidenti 1281 məhkumu əfv edib
# 17 dekabr 2008 15:21 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan prezidenti 1281 məhkumun əfv olunması barədə fərman imzalayıb. APA-nın “Novosti-Qruziya”ya istinadən yaydığı məlumata görə, fərmana əsasən, adları əfv siyahısında olan məhkumlar artıq evlərinə buraxılıblar. Əfv olunanlar arasında 58 qadın və 13 azyaşlı uşaq da var. Əfv olunanların siyahısı Ədliyyə Nazirliyi, prokurorluq orqanları və Gürcüstan Patriarxlığı tərəfindən hazırlanıb. Dövlət Əvf Komissiyasından bildiriblər ki, Yeni İl ərəfəsində prezidentin daha bir əfv fərmanı imzalayacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR