Bank Of Baku

Böyük Vətən Müharibəsində qələbənin 65 illiyi ilə bağlı medalın hazırlanması qaydaları bu gün Minskdə müzakirə olunacaq

Böyük Vətən Müharibəsində qələbənin 65 illiyi ilə bağlı medalın hazırlanması qaydaları bu gün Minskdə müzakirə olunacaq
# 18 dekabr 2008 08:12 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsində “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi” yubiley medalının hazırlanması qaydaları haqqında MDB hökumət başçıları Şurasının qərarının layihəsinin razılaşdırılması və əlavələr edilməsi üzrə ekspert qrupunun iclası keçiriləcək. İcraiyyə Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, medal mərkəzləşdirilmiş şəkildə Rusiya Federasiyasında ölkələrin sifarişi əsasında vahid qiymətə hazırlanacaq. Bu medallarla veteranlar və onlara bərabər tutulan şəxslər təltif olunacaq. Dairəvi formada olacaq medalın bir üzündə 1-ci dərəcəli “Şöhrət” ordeninin əksi və “1945-2010” rəqəmləri, digər üzündə isə “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi” sözləri əks olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR