Bank Of Baku

Ukrayna Rusiyaya 1 milyard dollardan çox pul ödəyib

Ukrayna Rusiyaya 1 milyard dollardan çox pul ödəyib
# 18 dekabr 2008 12:14 (UTC +04:00)
Kiyev – APA. Ukrayna təbii qaz idxalına görə Rusiyaya olan borcunu ödəmək üçün daha bir addım atıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, prezident Viktor Yuşşenko dekabrın 17-də Rusiyaya 800 milyon dollar ödədiklərini açıqlayıb. Bununla da Ukraynanın Rusiyaya ödədiyi pulun miqdarı 1 milyard dolları ötüb. V. Yuşşenko “Naftoqaz” Dövlət Şirkətinin İdarə Heyətinin sədri Oleq Dubina ilə görüşündə 2008-ci ilin yay və payız aylarında idxal olunan və yeraltı anbarlara vurulan təbii qaza görə yaranmış borcun tam ödəniləcəyini bildirib.

Qeyd edək ki, “Naftoqaz”ın “Qazprom”a olan ümumi borcu 2,4 milyarddır. Şirkət dekabrın 2-də 268,7 milyon dollarlıq ilk ödəməsini edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR