Bank Of Baku

Bu il Rusiyada 97 terror aksiyasının qarşısı alınıb

Bu il Rusiyada 97 terror aksiyasının qarşısı alınıb
# 18 dekabr 2008 13:07 (UTC +04:00)
Moskva – APA. Rusiya Federal Təhlükəsizlik Xidməti 2008-ci il ərzində 97 terror aksiyasının qarşısını alıb və qanunsuz silahlı dəstələrin 200 üzvünü məhv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərlə görüşündə FTX-nin sədri Aleksandr Bortnikov deyib. A. Bortnikov terrorçuluq və ekstremist fəaliyyətlə əlaqədar 900-ə yaxın adamın, o cümlədən “Hizb ut-Təhrir” təşkilatının 23 üzvünün həbs olunaraq müxtəlif müddətə azadlıqdan məhrum edildiyini bildirib. O, Şimali Qafqazda 680-dən çox yaraqlının cinayətkar fəaliyyətinin əngəlləndiyini, qanunsuz silahlı birləşmələri maliyyələşdirən bir neçə nəfərin yaxalandığını söyləyib. Bu şəxslərin arasında Suriya mənşəli Rusiya vətəndaşı Amin Butros da var.

FTX rəhbəri xarici xüsusi xidmət orqanlarının 48 əməkdaşı və 101 agentinin ifşa edildiyini də açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR