Bank Of Baku

MDB məkanında 1,5 milyona yaxın Böyük Vətən müharibəsi iştirakçısı yaşayır

MDB məkanında 1,5 milyona yaxın Böyük Vətən müharibəsi iştirakçısı yaşayır
# 18 dekabr 2008 14:55 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ərazisində hal-hazırda 1,5 milyona yaxın Böyük Vətən Müharibəsi iştirakçısı və əlili, müharibə illərində arxa cəbhədə çalışan 6 milyondan artıq insan yaşayır. Bu barədə APA-ya MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən «Müstəqil dövlətlərin veteranlarının ictimai təşkilatlar birliyinin» Əlaqələndirmə Şurasına istinadən məlumat verilib.

Qeyd edək ki, bu gün Minskdə MDB İcraiyyə Komitəsində «1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi» vahid yubiley medalının hazırlanması qaydaları təsdiqlənib. Medal mərkəzləşdirilmiş şəkildə Rusiya Federasiyasında ölkələrin sifarişi əsasında vahid qiymətə hazırlanacaq.

Bu medallarla veteranlar və onlara bərabər tutulan şəxslər təltif olunacaq. Dairəvi formada olacaq medalın bir üzündə 1-ci dərəcəli «Şöhrət» ordeninin əksi və «1945-2010» rəqəmləri, digər üzündə isə «1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi» sözləri əks olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR