Bank Of Baku

Rusiya “Qolodomor”la bağlı məsələnin BMT Baş Assambleyasının gündəliyinə daxil edilməsinə imkan verməyib

Rusiya “Qolodomor”la bağlı məsələnin BMT Baş Assambleyasının gündəliyinə daxil edilməsinə imkan verməyib
# 19 dekabr 2008 07:40 (UTC +04:00)
APA-nın məlumatına görə, Rusiyanın BMT-da daimi nümayəndəliyinin rəhbəri Vitali Çurkin bildirib ki, Ukrayna bununla bağlı BMT Baş Assambleyasında dəfələrlə qətnamə qəbul olunmasına çalışsa da, buna imkan verilməyib: “Ukraynanın bu kampaniyası uğursuzluqla başa çatıb. Biz həm 62-ci, həm də 63-cü sessiyada bu məsələnin BMT Baş Assambleyasının gündəliyinə daxil etmək cəhdlərinin qarşısını almışıq. Onlar anladılar ki, bu qətnamənin qəbuluna heç zaman müvəffəq ola bilməyəcəklər. Ümidləri puça çıxan Ukrayna “Qolodomor”la bağlı bəyannamə yaymağa cəhd etsə də, bu sənədi BMT-yə üzv ölkələrin çox az qismi imzalayıb. Bu sənədin altında cəmi 32 ölkənin imzası var. Bizim Ukraynadan olan diplomatlarla çox gərgin diplomatik münasibətlərimiz var. Biz SSRİ-də 30-cu illərdə baş vermiş aclığının bir çox xalqların faciəsi hesab edirik. Lakin Ukrayna hökuməti bu aclığı Ukrayna xalqına qarşı soyqırımı kimi dəyərləndirərək məsələni siyasiləşdirir. Biz bu addımı ölkələrimiz arasında münasibətlərə düşmənçilik toxumu səpmək, Ukrayna və Rusiya xalqları arasında münasibətləri korlamaq cəhdləri kimi baxırıq”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR