Bank Of Baku

Viktor Yuşşenko növbədənkənar parlament seçkiləri keçirməkdən imtina edib

Viktor Yuşşenko növbədənkənar parlament seçkiləri keçirməkdən imtina edib
# 19 dekabr 2008 13:16 (UTC +04:00)
Kiyev-APA. Ukrayna prezidenti Viktor Yuşşenko ölkədə növbədənkənar parlament seçkiləri keçirmək fikrindən daşınıb. APA-nın məlumatına görə, yerli mətbuata açıqlama verən prezident bildirib ki, ölkədə parlament və hökumət böhranı vəvəlki kimi kəskin deyil: “Növbədənkənar seçkilərə problemin həll yolu kimi baxmaq düzgün deyil. Bunun əvəzində Ukrayna xalqı daxili və xarici qüvvələrlə mübarizə aparmaq üçün birləşməlidir”. Xatırladaq ki, prezident Yuşşenko dekabrın 7-də növbədənkənar seçkilərin keçirilməsi haqqında sərəncam imzalasa da, bu qərar bir neçə dəfə təxirə salınıb. Seçkilərə qarşı çıxan Yuliya Timoşenko hökuməti seçki prosesini maliyyələşdirməkdən imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR