Bank Of Baku

Yuliya Timoşenko Viktor Yuşşenkonu dərhal istefa verməyə çağırıb

Yuliya Timoşenko Viktor Yuşşenkonu dərhal istefa verməyə çağırıb
# 20 dekabr 2008 07:23 (UTC +04:00)
Dekabrın 19-da “Ukrayna” televiziyasının “Şuster Live” proqramında çıxış edən Y. Timoşenko deyib ki, V. Yuşşenkoya 1998-ci ildə baş verənləri təkrarlamağa imkan verməyəcək: “Mən hesab edirəm ki, vəziyyətin yaxşılaşmasına deyil, daha da pisləşməsi üçün işləyən və bədbəxtliklər üzərində qazanmaq yolunu seçən prezident Milli Bankın rəhbəri ilə birlikdə günü sabah istefaya getməlidir”.

Baş nazir Milli Bankın rəhbəri Vladimir Strelmaxın bilərəkdən Ukraynanın milli valyutası olan qrivnanı devalvasiyaya uğratdığını vurğulayıb.

Y. Timoşenkonun sözlərinə görə, Yuşşenko administrasiyasında milli valyutanın çökməsi ilə əlaqədar fövqəladə vəziyyət elan edərək, birbaşa prezident üsul-idarəsinə keçid planı hazırlanır. Lakin o buna imkan verməyəcəyini bəyan edib: “Nə qədər mən sağam, hadisələrin bu cür inkişafına imkan verməyəcəyəm”.

Qeyd edək ki, dekabrın 19-da banklararası valyuta birjasında Ukrayna valyutasının kursu 1 dollara münasibətdə 8,25 qrivnaya (təqribən 10%) qalxıb. Son aylar ərzində aktivlərin Ukraynadan kütləvi şəkildə çıxarılmasın nəticəsində isə qrivna dollara münasibətdə 38% itirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR