Bank Of Baku

Rusiya Belarusa güzəştli qiymətlə qaz satışı müqabilində Minskdən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi tanımağı tələb edib

Rusiya Belarusa güzəştli qiymətlə qaz satışı müqabilində Minskdən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi tanımağı tələb edib
# 22 dekabr 2008 07:43 (UTC +04:00)
Moskva-APA. Moskva Belarusa mavi yanacağı indiki qiymətlərlə nəql etmək və rəsmi Minskə 100 milyard rubl kredit vermək üçün iki şərt irəli sürüb. APA-nın “Kommersant”a istinadən yaydığı məlumata görə, bu güzəştlər Belarusun Abxaziya cə Cənubi Osetiyanın müstəqilliyini tanımasından və “Beltransqaz”ın nəzarət səhm paketini ucuz qiymətə “Qazprom”a satmağa razılıq verməsindən asılı olacaq. Belarusa satılan qazın qiyməti və kredit məsələsinə bu gün Moskvada iki ölkənin dövlət başçıları arasında keçiriləcək görüş zamanı aydınlıq gətiriləcək. Qeyd edək ki, Rusiya hazırda Belarusa mavi yanacağın hər min kubmetrini 128 dollara satır, “Beltransqaz” şirkətinin səhmlərinin isə cəmi 25 faizi “Qazprom”a məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR