Bank Of Baku

Viktor Yuşşenko: “İnsanlar Timoşenkonu nəzərdə tutaraq ”bu oğru sizin yanınızda nə edir”, deyə soruşurdular”

Viktor Yuşşenko: “İnsanlar Timoşenkonu nəzərdə tutaraq ”bu oğru sizin yanınızda nə edir”, deyə soruşurdular”
# 22 dekabr 2008 07:59 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko Ali Radada “Yuliya Timoşenko” və Litvinin blokları, eləcə də “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokunun bir hissəsi arasında yaradılan koalisiyanın siyasi korrupsiya əsasında formalaşdığını, amma buna baxmayaraq, parlamenti buraxmaq niyyətində olmadığını bəyan edib. APA-nın məlumatına görə, V. Yuşşenko Ukraynanın “İnter” telekanalına müsahibəsində hazırda parlamentdə 226 millət vəkilindən ibarət nisbi çoxluğun olmadığını söyləyib: “Bu situasiya yalnız baş nazir Timoşenko və onun siyasətinin durğun vəziyyətdə davamı üçün yaradılıb”. Dövlət başçısı bəzi səbəblərlə əlaqədar parlamenti buraxmağı planlaşdırmadığını deyib. O bildirib ki, əvvəla, buna iqtisadi vəziyyət mane olur. Çünki hələ də gələn ilin büdcəsi və böhrana qarşı qanunlar paketi qəbul olunmayıb. İkincisi, 6 aydan sonra prezident seçkiləri kampaniyası start götürəcək: “Eyni anda həm parlament, həm də prezident seçkiləri keçirmək ölkəyə fayda gətirərmi? Bu suala məndə neqativ cavab formalaşıb”.
V. Yuşşenko Y. Timoşenkonu yalnız hakimiyyət uğrunda mübarizə aparan avantürst adlandırıb: “2004-cü ilin seçki kampaniyası zamanı təbliğat üçün ölkəni gəzərkən insanlar soruşurdular ki, bu oğru sizin yanınızda nə edir? Mən isə xahiş edirdim ki, onun qazı, büdcəni oğurlaması ilə bağlı insanlar özləri hökm verməsinlər, buna yalnız məhkəmə qərar verə bilər. O, meydanda mənim arxamda Ukrayna idealları naminə yox, özü üçün dayanırdı. Elə bir gün olmayıb ki, bu adam xalq üçün, Ukrayna üçün mübarizə aparsın. O, avantürist siyasətçidir və qeyri-məhdud hakimiyyət əldə etmək üçün hər kəsi batırmağa hazırdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR