Bank Of Baku

Yuliya Timoşenko prezidentə qarşı müxalifətə keçdiyini bəyan edib

Yuliya Timoşenko prezidentə qarşı müxalifətə keçdiyini bəyan edib
# 22 dekabr 2008 08:08 (UTC +04:00)
Kiyev – APA. Ukraynanın baş naziri Yuliya Timoşenko mövcud hakimiyyət komandasının üzvü olmaq istəmədiyini bildirib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Y. Timoşenko prezident Viktor Yuşşenkoya qarşı müxalifətə keçdiyini açıqlayıb: “Mən Ukrayna prezidenti, Milli Bankın sədri kimi məmurlara, həmçinin onları əhatə edən bütün cinayətkar qruplaşmalara qarşı müxalifətdə olduğumu bəyan edirəm. Mən ölkə ilə, Ukrayna xalqı ilə birlikdə olacağam”. Y. Timoşenko 2004-cü ilin prezident seçkilərində V. Yuşşenkonu dəstəklədiyinə görə peşman olduğunu da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR