Bank Of Baku

Avqust hadisələrində fərarilik etmiş 1,700 gürcü hərbçisinə qarşı cinayət işi başlanıb

Avqust hadisələrində fərarilik etmiş 1,700 gürcü hərbçisinə qarşı cinayət işi başlanıb
# 22 dekabr 2008 09:17 (UTC +04:00)
Tiflis-APA. Gürcüstanla Rusiya arasında avqustda baş verən silahlı münaqişədən sonra öz daimi dislokasiya yerini tərk etmiş gürcü hərbçilərinə qarşı cinayət işi başlanıb. APA-nın məlumatına görə, Gürcüstanın Birləşmiş Qərargahının yeni rəhbəri Vladimir Çaçibaya artıq 1,700 hərbçiyə qarşı qaldırılmış cinayət işi üzrə araşdırmaların davam etdiyini vurğulayıb. Artıq fərarilikdə ittiham olunan 70 hərbçi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib. Bu addım ölkə ictimaiyyəti tərəfindən hakimiyyətin məğlubiyyətə görə öz günahını başqalarının üzərinə atması kimi qiymətləndirilir. Qeyd edək ki, ötən həftə avqust hadisələrini araşdıran hökumət komissiyası hərbi əməliyyatlar zamanı hakimiyyət və ordu rəhbərliyinin çoxsaylı səhvlərə yol verdiyi qənaətinə gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR