Bank Of Baku

ATƏT yanvarın 1-dən Gürcüstandakı müşahidə missiyasını geri çağıracaq

ATƏT yanvarın 1-dən Gürcüstandakı müşahidə missiyasını geri çağıracaq
# 22 dekabr 2008 13:44 (UTC +04:00)
Vyana-APA. ATƏT 2009-cu il yanvarın 1-dən Gürcüstandakı müşahidə missiyasını geri çağıracaq. APA-nın məlumatına görə, ATƏT Daimi Şurasının Vyanada keçirilən toplantısında qurumun müşahidə missiyasının fəaliyyət müddətinin artırılması məsələsi müzakirə olunsa da, bununla bağlı konsensus əldə olunmayıb. Rusiyanın ATƏT-dəki nümayəndəliyinin rəhbəri Ənvər Əzimov ölkəsinin missiyanın müddətinin artırılmasına qarşı çıxdığını deyib: “ATƏT-in Gürcüstandakı missiyasının mandatı Abxaziya və Cənubi Osetiyaya şamil olunur. Bu isə həmin regionların tanınmasına dair Rusiya qanunvericiliyi ilə yolverilməzdir. ATƏT-ə sədrlik edən Finlandiyanın missiyanın mandatını 3 ay artırmaqda israr edəcəyi istisna deyil. Lakin çətin ki, belə bir qərar qəbul olunsun”. ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb isə iştirakçı dövlətləri bu məsələdə həmrəylik nümayiş etdirməyə çağırıb: “Ən azı danışıqların davam etdirilməsi üçün mandatın müddəti texniki baxımdan arıtırlmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR