Bank Of Baku

Mixail Saakaşvili: “Rusiya Gürcüstan əleyhinə təbliğat kampaniyasına yüz milyonlarla dollar xərcləyir”

Mixail Saakaşvili: “Rusiya Gürcüstan əleyhinə təbliğat kampaniyasına yüz milyonlarla dollar xərcləyir”
# 23 dekabr 2008 09:53 (UTC +04:00)
Tiflis-APA. “Gürcüstanla ABŞ arasında strateji tərəfdaşlıq barədə sazişin imzalanacağı təqdirdə iki ölkənin münasibətləri keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoyacaq”. APA-nın məlumatına görə, bu fikirləri Gürcüstan prezidenti Mixail Saakaşvili söyləyib. O, iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sazişin hazırlıq mərhələsində olduğunu vurğulayıb: “Hazırda biz danışıqlar mərhələsindəyik. Bu o deməkdir ki, bizim dünyanın ən qüdrətli dövləti ilə münasibətlərimiz daha yüksək mərhələyə qədəm qoyacaq”. Saakaşvili Birləşmiş Ştatların bütün dünyanı bürüyən iqtisadi böhrandan daha güclü dövlət olaraq çıxacağına ümidvar olduğunu bildirib: “Əvvəllər Amerika heç zaman Gürcüstanı özünün strateji müttəfiqi adlandırmayıb, bu fikrə heç bir sənəddə, sazişdə rast gəlmək mümkün deyildi. Əgər bizim münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıbsa, bu, Gürcüstana qarşı hərbi təcavüzə ən layiqli cavab sayıla bilər”. Gürcüstan prezidenti ölkəsinə qarşı aparılan təbliğat kampaniyası üçün yüz milyonlarla dollar vəsait sərf olunduğunu bəyan edib: “Təkcə son günlər ərzində Qərb kütləvi informasiya vasitələrində jurnalistlər tərəfindən bir neçə qalmaqallı məqalə dərc olunub. Qərbin “piar” şirkətlərinin Qərb jurnalistlərinin əli ilə Gürcüstana qarşı apardığı bu kampaniyanı Rusiya təhlükəsizlik orqanları maliyyələşdirir. Lalin biz bundan qorxmamalıyıq. Qərb dünyası – demokratik cəmiyyətdir. Orada çoxsaylı qəzetlər, “piar” şirkətləri fəaliyyət göstərir. Demokratiya və azadlıq şəraitində onlar bizim üzərimizdə qələbə qazana bilməzlər. İstənilən halda sonra həqiqət qalib gələcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR