Bank Of Baku

Aleksandr Bastrıkin: “Cənubi Osetiyaya hücum zamanı Gürcüstan tərəfdən amerikalı, türk, çex və ukraynalı muzdluların döyüşdüyünə dair dəlillər var”

Aleksandr Bastrıkin: “Cənubi Osetiyaya hücum zamanı Gürcüstan tərəfdən amerikalı, türk, çex və ukraynalı muzdluların döyüşdüyünə dair dəlillər var”
# 23 dekabr 2008 12:45 (UTC +04:00)
Moskva-APA. Rusiya Prokurorluğunun İstintaq Komitəsi Cənubi Osetiyada hərbi münaqişə zamanı Gürcüstan hərbçilərinin törətdiyi cinayətlərə dair yeni faktlar aşkarlayıb. APA-nın məlumatına görə, komitənin rəhbəri Aleksandr Bastrıkin bildirib ki, Gürcüstana qarşı “təcavüzkar müharibənin planlaşdırılması, hazırlanması və həyata keçirilməsi”, “qadağan olunmuş silah növlərindən istifadə”, “muzdluluq” və “beynəlxalq müdafiəyə malik şəxs və müəssisələrə hücum” maddələri ilə ittiham irəli sürülməsinin mümkünlüyü öyrənilir: “Araşdırma hələ başa çatmayıb və təhqiqatın müddəti 2009-cu ilin aprelinə qədər artırılıb. Təhqiqat başa çatdıqdan sonra günahkarlara qarşı məhkəmə prosesinin başlanması üçün materiallar Rusiya Xarici İşlər Nazirliyinə təqdim olunacaq. Hərbi əməliyyatlar zamanı Gürcüstan tərəfdən amerikalı, türk və çex muzdluların döyüşdüyünə dair faktlar əldə etmişik. Bundan başqa Ukraynanın UNA-UNSO millətçi təşkilatının üzvlərinin də gürcülər tərəfdən döyüşlərdə iştirak etməsinə dair dəlillər var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR