Bank Of Baku

Rusiya Sankt-Peterburqda Qaz İxrac Edən Ölkələrin Forumun mənzil-qərargahının yaradılmasını tələb edib

Rusiya Sankt-Peterburqda Qaz İxrac Edən Ölkələrin Forumun mənzil-qərargahının yaradılmasını tələb edib
# 23 dekabr 2008 13:30 (UTC +04:00)
Moskva-APA. Rusiyanın baş naziri Vladimir Putin Qaz İxrac Edən Ölkələrin Forumunun Sankt-Peterburqda mənzil-qərargahının yaradılmasını təklif edib. APA-nın məlumatına görə, baş nazir bu təklifi qeyri-rəsmi olaraq “Qaz OPEK”i adlandırılan qurumun toplantısında səsləndirib. Putin həmçinin təşkilata diplomatik status verilməsinə və bütün xərclərin Rusiya tərəfindən ödənilməsinə də boyun olub. Qeyd edək ki, “Qaz OPEK”i iştirakçı dövlətlərin qaz hasilatı və satışına dair informasiya mübadiləsi aradığı beynəlxalq strukturdur. OPEC-dən fərqli olaraq bu qurum qazın beynəlxalq qiymətini müəyyənləşdirən kartel deyil. Qaz İxrac Edən Ölkələrin Forumuna Əlcəzair, Boliviya, Bruney, Venesuela, Misir, İndoneziya, İran, Qatar, Liviya, Malayziya, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Rusiya, Trinidad və Tobaqo, Ekvatorial Qvineya daxildir. Ötən il İran forumun əsasında kartel yaradılmasını təklif edib. Dünyada ən çox mavi yanacaq idxal edən ABŞ və Avropa İttifaqı isə belə bir kartelin yaradılmasına qarşı çıxıblar. Vaşinqton və Qərb dövlətləri hesab edir ki, “Qaz OPEK”inin yaradılması bazarda rəqabət mühitini poza və mavi yanacağın qiymətinin süni şəkildə qaldırılmasına səbəb ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR