Bank Of Baku

Moskvada 9 və 12 mərtəbəli panel binalar söküləcək

Moskvada 9 və 12 mərtəbəli panel binalar söküləcək
# 23 dekabr 2008 15:28 (UTC +04:00)
Moskva-APA. 2025-ci ilə kimi Moskvada 9-12 mərtəbəli panel evlər söküləcək. APA-nın məlumatına görə, sökülməsi nəzərdə tutulan binaların ümumi yaşayış sahəsi 5 milyon kvadrat metrdir. Panel binaların sökülməsi Moskvanın 20025-ci ilə kimi inkişafına dair Baş Planında nəzərdə tutulub. Bundan başqa Baş Plana sənaye üsulu ilə ev tikintisinin ilk dövrünə aid 5 və 9 mərtəbəli, ümumi sahəsi 20 milyon kvadratmetr olan binaların da sökülməsi daxil edilib. Plana daxil olan 5 mərtəbəli binaların sökülməsi 2010-cu ilə kimi başa çatdırılacaq. Qeyd edək ki, Moskvanın Mənzil Fondunun 25 faizini 5 mərtəbəli binalar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR