Bank Of Baku

Moskvada özünü FTX generalı kimi təqdim edərək sahibkarlardan 66 milyon rubl almış şəxs həbs olunub

Moskvada özünü FTX generalı kimi təqdim edərək sahibkarlardan 66 milyon rubl almış şəxs həbs olunub
# 23 dekabr 2008 16:23 (UTC +04:00)
Moskva-APA. Moskva şəhər daxili işlər idarəsinin əməkdaşları özünü Rusiya Federal Təhlükəsizlik Xidmətinin general-mayoru kimi təqdim edən şəxsi həbs ediblər. APA-nın məlumatına görə, dələduzluqla məşğul olan şəxsdən FTX idarə rəisinin saxta vəsiqəsi, milis əməkdaşı mundiri, saxta təltiflər və təltif sənədləri müsadirə olunub. İlkin araşdırma zamanı özünün FTX generalı kimi təqdim edən şəxsin dələduzluq yolu ilə sahibkarlara ümumilikdə 66,6 milyon rubl ziyan vurduğu müəyyənləşib. Çuvaşiya vətəndaşı olan 58 yaşlı, əvvəllər məhkum olmuş Nikolay Malışkinin Dövlət Duması deputatlarının seçki kampaniyasını maliyyələşdirmək məqsədilə kommersiya strukturlarından 30 milyon publ aldığı, ötən il isə FTX-nın xüsusi təyinatlı birləşmələrinin fəaliyyətinin maliyyələşdirilməsi üçün sahibkarlardan hədə-qorxu gəlməklə 500 min dollar aldığı artıq sübuta yetirilib. Saxta generalın həmçinin Şimali Qafqazda xüsusi təyinatlı müəssisənin fəaliyyətini maliyyələşdirmək üçün sahibkarlardan 680 min avro pul aldığı da müəyyənləşib. Ümumilikdə, dələduzluq yolu ilə mənimsənilən vəsaitin həcmi 66 milyon rubldur. Faktla bağlı araşdırma aparılır. İttihamlar sübut olunarsa, saxta “generalı” 5 ildən 10 ilədək həbs cəzası gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR