Bank Of Baku

“Naftoqaz” Ukraynanı Rusiyadan qaz almadan bir il mavi yanacaqla təmin etmək iqtidarında olduğunu bəyan edib

“Naftoqaz” Ukraynanı Rusiyadan qaz almadan bir il mavi yanacaqla təmin etmək iqtidarında olduğunu bəyan edib
# 23 dekabr 2008 16:33 (UTC +04:00)
Kiev-APA. “Qazprom” Ukraynaya mavi yanacaq nəqlini məhdudlaşdıracağı təqdirdə “Naftoqaz” şirkəti ölkəni bir il ərzində qazla təmin etməyə hazırdır. APA-nın məlumatına görə, “Naftoqaz”ın İdarə Heyətinin sədri Oleq Dubina qaz anbarlarında ölkənin bir il mavi yanacağa tələbatını ödəyəcək qədər mavi yanacaq olduğunu bildirib: “Ümidvarıq ki, “Qazprom”la problemləri Yeni İl axşamına kimi həll edə biləcəyik. İnanmıram ki, Rusiyadan olan həmkarlarımız yeni ili ofislərində, iş başında keçirmək istəsinlər”. Qeyd edək ki, “Qazprom” şirkəti borcların ödənməməsi səbəbilə “Naftoqaz Ukrayna” şirkəti ilə 2009-cu ildə qaz nəqlinə dair saziş imzalamayacağını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR