Bank Of Baku

Avqustda Cənubi Osetiyada hərbi münaqişə zamanı 48 Rusiya hərbçisi və 162 mülki şəxs öldürülüb

Avqustda Cənubi Osetiyada hərbi münaqişə zamanı 48 Rusiya hərbçisi və 162 mülki şəxs öldürülüb
# 23 dekabr 2008 16:51 (UTC +04:00)
Moskva-APA. Avqustda Cənubi Osetiyada baş verən hərbi münaqişə zamanı 48 Rusiya hərbçisi və 162 mülki şəxs öldürülüb. APA-nın məlumatına görə, bu rəqəmləri Rusiya Prokurorluğu yanında İstintaq Komitəsi açıqlayıb. Komitə münaqişə zamanı 5 mindən artıq şəxsin zərər çəkdiyini, lakin hələlik yalnız 162 mülki şəxsin həlak olduğunun təsdiqləndiyini bildirir. Komitənin rəhbəri Aleksandr Bastrıkin ümumilikdə münaqişə zamanı həlak olan mülki şəxslərinin sayının daha çox olduğunu güman etdiyini deyib. Qeyd edək ki, separatçı Cənubi Osetiya rəhbərliyi münaqişə zamanı bir neçə min şəxsin öldüyünü bəyan edir. Avqustun 22-də separatçı qurumun “Daxili İşlər Nazirliyi” münaqişə zamanı 2 min nəfərin öldüyünü bəyan etsə də, bir neçə gün sonra “baş prokuror” Teymuraz Xuqayev 1,500 insanın münaqişə nəticəsində dünyasını dəyişdiyini vurğulayıb. Bu isə Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin açıqladığı rəsmi rəqəmdən 10 dəfə artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR