Bank Of Baku

Bu il Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 90 min nəfərin həyatını xilas ediblər

Bu il Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 90 min nəfərin həyatını xilas ediblər
# 24 dekabr 2008 10:35 (UTC +04:00)
Moskva-APA. 2008-ci ildə Rusiyada fövqəladə halların sayı 11 faiz azalıb. APA-nın məlumatına görə, Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu rəhbərlik etdiyi qurumun əməkdaşları tərəfindən 90 min adamın həyatının xilas olunduğunu vurğulayıb. Ötən ilə yekun vuran nazir bildirib ki, fövqəladə hallarda ölüm faktlarının sayı bir il əvvələ nisbətən 21 faiz, ümumi xəsarət alanların sayı isə 5 dəfə azalıb. Sergey Şoyqu bu il Fövqəladə Hallar Nazirliyinin ölkədən kənarda 27 humanitar əməliyyat keçirdiyini deyib. Rusiya FHN-in bu il ölkə xaricində ən irimiqyaslı əməliyyatları Çində zəlzələ zonasında və Cənubi Osetiyada münaqişə zonasında həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR