Bank Of Baku

Rusiya DİN miqrantlara qarşı təxribatlar törədiləcəyini açıqlayıb

Rusiya DİN miqrantlara qarşı təxribatlar törədiləcəyini açıqlayıb
# 24 dekabr 2008 13:13 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiya Daxili İşlər Nazirliyi miqrantlara qarşı “icazəsiz kütləvi hərəkətlər”in baş verə biləcəyi barədə xəbərdarlıqla çıxış edib. APA-nın məlumatına görə, Rusiya daxil işlər nazirinin birinci müavini Mixail Suxodolski bildirib ki, qeyri-leqal miqrantlar, eləcədə işəgötürənlər tərəfindən aldadılan leqal əcnəbi işçilər narahatlıq yaradır: “Artıq indidən əcnəbilər tərəfindən törədilən cinayətlərin artığını qeyd etmək olar. Bu ilin 11 ayının göstəricilərinə əsasən keçən ilin müvafiq dövrü ilə müqayisədə əcnəbilərin törətdiyi cinayətlər 8 faiz artıb. Bu cinayətlər əsasən şəxsiyyətə və əmlaka qəsd cinayətləridir və onların 90 faizini MDB ölkələrinin vətəndaşları törədir”.
M. Suxodolski cəmiyyətdə əcnəbi işçilərə münasibətdə tolerantlığın yüksək səviyyədə olmadığını, bunun da onlara qarşı təxribatlara zəmin yaratdığını etiraf edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR