Bank Of Baku

Ukrayna MSK prezident seçkilərinin keçirilməsi üçün 120 milyon dollar lazım olduğunu bəyan edib

Ukrayna MSK prezident seçkilərinin keçirilməsi üçün 120 milyon dollar lazım olduğunu bəyan edib
# 25 dekabr 2008 07:14 (UTC +04:00)
Kiyev-APA. Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin keçirilməsi üçün lazım olan vəsaitin miqdarını açıqlayıb. APA-nın məlumatına görə, təkrar seçkilərlə birlikdə ümumi seçki prosesi 120 milyon ABŞ dollarına başa gələcək. MSK bildirib ki, ölkədə növbədənkənar prezident seçkiləri 2009-cu ilin sonundan tez başa tuta bilməz. Prezident Viktor Yuşşenko isə ölkədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyi barədə məlumatları təkzib edib. Bu xəbəri təxribat kimi dəyərləndirən Yuşşenko ölkədən növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə məlumatları xarici dövlətlərin sifarişi ilə siyasi rəqiblər tərəfindən yayıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR