Bank Of Baku

Dmitri Medvedev: “Rusiya öz maraqlarını bütün vasitələrlə, o cümlədən güc tətbiq etməklə də müdafiə edəcək”

Dmitri Medvedev: “Rusiya öz maraqlarını bütün vasitələrlə, o cümlədən güc tətbiq etməklə də müdafiə edəcək”
# 25 dekabr 2008 08:39 (UTC +04:00)
Moskva – APA. “Mənim dərin inamıma görə, Rusiyanın maraqları bütün mümkün vasitələrlə təmin edilməlidir - ən əvvəl beynəlxalq hüquqi vasitələr, BMT və iştirakçısı olduğumuz regional strukturlar çərçivəsində. Amma lazım gələrsə, güc komponenti hesabına da!” APA-nın məlumatına görə, bu sözləri Rusiya televiziyalarına müsahibəsində prezident Dmitri Medvedev deyib. O bildirib ki, dünyada terrorçuluq, beynəlxalq cinayətkarlıq kimi çoxlu sayda təhlükələr var: “Biz bütün bu hədələrə cavab verməyə hazırıq - hətta lazım olarsa, kifayət qədər sərt şəkildə. Başqa cür dövlətimizin suverenliyini təmin edə bilmərik”.
D. Medvedev xarici həmkarları ilə ünsiyyətdə olmağın komfortundan danışsa da, onu da əlavə edib ki, hərdən Rusiyanı öz yerində oturtmaq cəhdləri hiss olunur: “Bir müddət əvvəl Rusiya başqa durumda idi və bu cəhdlər hansısa məqamda nəticə verə bilərdi, amma indiki situasiyada bu, qətiyyən yolverilməzdir. Əgər Rusiya vətəndaşlarının həyatı və ləyaqətinə qəsddən söhbət gedirsə, Rusiyanın mövqeyi sadə və sərt olacaq. Dəfələrlə bəyan etdiyim kimi, biz harada olmalarından asılı olmayaraq öz vətəndaşlarımızın maraqlarını müdafiə edəcəyik. Burada beynəlxalq hüquq pozuntusu yoxdur. Bu, istənilən ölkənin və liderin vəzifəsidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR