Bank Of Baku

Krımda yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb

Krımda yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb
# 25 dekabr 2008 10:58 (UTC +04:00)
Krım-APA. Yevpatoriyada yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. APA-nın məlumatına görə, hadisə zamanı ölənlər arasında bir uşaq da var. Dağıntılar altından 21 nəfər sağ olaraq çıxarılıb. Hazırda 35 nəfərin taleyi hələ də məlum deyil. Ərazidə xilasetmə işləri davam edir. Hadisə yerində aparılan ilkin təhqiqat zamanı partlayışın mənzillərdən birinə qaz sızması nəticəsində baş verdiyi təsdiqlənməyib. Partlayışın binanın zirzəmisində olan oksigen balonunun alışması nəticəsində baş verdiyi versiyası araşdırılır. Qeyd edək ki, Yevpatoriyada baş verən partlayış nəticəsində beş mərtəbəli binanın 40 mənzili dağılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR