Bank Of Baku

Gürcüstan prezidenti baş naziri döyüb

Gürcüstan prezidenti baş naziri döyüb
# 25 dekabr 2008 13:32 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili ilə yeni baş nazir Qriqol Mqaloblişvili arasında əlbəyaxa dava olub. APA-nın “Alia” qzəetinə istinadən yaydığı məlumata görə, Mixail Saakaşvili baş naziri sillələyib və ona telefon atıb. İnsidentin nə zaman baş verdiyi açıqlanmır. Qəzet məlumatı hansı mənbəyə istinadən əldə etdiyini də açıqlamayıb. Məlumatda bildirilir ki, insidentdən sonra baş nazir istefa versə də, prezident bu istefanı qəbul etməyib. Rəsmi orqanlar hələlik bu informasiyanı şərh etməyiblər. Qeyd edək ki, Qriqol Mqaloblişvili Gürcüstan hökumətinə oktyabrın sonlarından başçılıq edir. Buna qədər o Gürcüstanın Türkiyədə səfiri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR