Bank Of Baku

Rusiya Quru Qoşunları komandanı: “Yeni tarixdə ilk dəfə olaraq Ukrayna Rusiyaya qarşı döyüşüb”

Rusiya Quru Qoşunları komandanı: “Yeni tarixdə ilk dəfə olaraq Ukrayna Rusiyaya qarşı döyüşüb”
# 25 dekabr 2008 13:48 (UTC +04:00)
Moskva – APA. “Rusiya Müdafiə Nazirliyi Cənubi Osetiyadakı hərbi əməliyyatlar zamanı Ukraynanın Gürcüstanda quraşdırdığı hava hücumundan müdafiə komplekslərində ukraynalı mütəxəssislərin çalışdığına dair təkzibolunmaz sübutlara malikdir”. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Moskvada mətbuat konfransı keçirən Rusiya Quru Qoşunlarının komandanı, general-mayor Mixail Kruş bu bəyanatla çıxış edib. O bildirib ki, yeni tarixdə ilk dəfə olaraq Ukrayna bu ilin avqustunda Cənubi Osetiyada Rusiyaya qarşı döyüşüb. Komandan Rusiya hava hücumundan müdafiə sistemlərinin Gürcüstana məxsus və İsrail istehsalı olan 3 pilotsuz təyyarəni və bir Su-25 qırıcısını vurduğunu da açıqlayıb. General müharibənin müsbət və mənfi nəticələrinin təhlil olunaraq müvafiq tövsiyələr hazırlandığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR