Bank Of Baku

Mixail Saakaşvili: “Dmitri Medvedev avqust hadisələri ilə bağlı bütün suallara cavab verib”

Mixail Saakaşvili: “Dmitri Medvedev avqust hadisələri ilə bağlı bütün suallara cavab verib”
# 25 dekabr 2008 14:26 (UTC +04:00)
Tiflis – APA. “Dmitri Medvedev avqust hadisələrindən əvvəl Rusiyanın Gürcüstanla müharibəyə hazırlaşdığını etiraf edib. Bu, çox gözəl etirafdır. Cinayət hüququnda bu etirafa “ifadə” deyirlər”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Rusiya prezidenti Dmitri Medvedevin ölkə televiziyalarına müsahibəsində söylədiyi fikirləri şərh edərkən deyib. O, müsahibənin çox faydalı olduğunu bildirib: “Gürcüstana qarşı təcavüzün sübutları o qədər çoxdur ki, Rusiya avqust hadisələrini araşdıran beynəlxalq komissiyanın işə başlamasından əvvəl öz mövqeyini korrektə etməli olub”.

Gürcüstan prezidenti Mixail Saakaşvili də məsələyə münasibətini ifadə edib. Onun fikrincə, D. Medvedev avqust hadisələri ilə bağlı bütün sualları cavablandırıb: “Avqust ayında nə baş verdiyinə dair dünyada mövcud olan suallara Medvedev birmənalı cavab verib”. D. Medvedevin bəyanatının səbəbləri haqda çox düşündüyünü söyləyən M. Saakaşvili bunu Rusiyada yaranmış vəziyyətlə əlaqələndirib: “Bu gün Rusiyada iqtisadi, sosial və siyasi böhran yaranıb. Medvedev diqqəti bu problemlərdən yayındırmaq istəyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR