Bank Of Baku

Krımda yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 24-ə çatıb

Krımda yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 24-ə çatıb
# 26 dekabr 2008 08:02 (UTC +04:00)
APA-nın məlumatına görə, bununla da hadisə zamanı həlak olanların sayı 24 nəfərə çatıb. Xilasedicilər 21 nəfəri sağ çıxarmağa müvəffəq olublar. Uçmuş binanın dağıntıları altında hələ də sağ qalanların olduğu güman edilir. Ərazidə xilasetmə işləri davam edir. Yevpatoriyada baş verən hadisə ilə əlaqədar bu gün Ukraynada matəm günü elan olunub.

Qeyd edək ki, hadisə yerində aparılan ilkin təhqiqat zamanı partlayışın mənzillərdən birinə qaz sızması nəticəsində baş verdiyi təsdiqlənməyib. Partlayışın binanın zirzəmisində olan oksigen balonunun alışması nəticəsində baş verdiyi versiyası araşdırılır. Yevpatoriyada baş verən partlayış nəticəsində beş mərtəbəli binanın 40 mənzili dağılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR