Bank Of Baku

Rusiya elitası – 2008: Putin, Medvedyev, Puqaçova, Jirinovski...

Rusiya elitası – 2008: Putin, Medvedyev, Puqaçova, Jirinovski...
# 26 dekabr 2008 08:15 (UTC +04:00)
Ötən il beşinci sırada olan prezident Dmitri Medvedyev mövqelərini yaxşılaşdıraraq ikinci sıraya yüksəlib. Rusiya elitasının ilk üçlüyündə Rusiya İctimai Palatasının üzvü, müğənni Alla Puqaçova da təmsil olunur. Qeyd edək ki, Rusiya elitasının reytinqi “Kommersant” qəzetinin sifarişi əsasında Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi və “Levada-çentr” tərəfindən keçirilən sorğu nəticəsində hazırlanır. “Elotar onluğa” RLDP lideri Vladimir Jirinovski (4), fövqəladə hallar naziri Sergey Şoyqu (5), kommunistlərin lideri Gennadi Zyuqanov (6), rejissor Nikita Mixalkov (7), Moskva meri Yuri Lujkov(8), baş nazirin birinci müavini Sergey İvanov (9) və müğənni İosif Kobzon (10) daxildir. Ümumilikdə reytinq cədvəlinə 100 nəfərin adı daxil edilib. İlk dəfə “TOP-100” siyahısına futbolçu Andrey Arşavin (18), yumor ustası Vladimir Vinokur (32), şair Nikolay Dobronravov (42) daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR