Bank Of Baku

Tatarıstan prezidentinin məhkəmə-tibb ekspertizasından keçirilməsi barədə vəsatət qaldırılıb

Tatarıstan prezidentinin məhkəmə-tibb ekspertizasından keçirilməsi barədə vəsatət qaldırılıb
# 26 dekabr 2008 08:48 (UTC +04:00)
Kazan – APA. Rusiya Federasiyasının Tatarıstan Respublikasının prezidenti Mintimer Şaymiyevin keçmiş mətbuat katibi İrek Murtazin onun məhkəmə-tibb ekspertizasından keçirilməsi barədə vəsatət qaldırıb. APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, M. Şaymiyevin öldüyünə dair şayiə yaymaqda ittiham olunan İ. Murtazin bu yolla M. Şaymiyevin ölümü haqda söz-söhbətin yayıldığı vaxt onun səhhətində problem olub-olmadığını aydınlaşdırmaq istəyir. Xatırladaq ki, İ. Murtazin sentyabr ayında öz internet-bloqunda Türkiyədə istirahətdə olan prezidentin vəfat etdiyini yazıb. Prezidentin mətbuat xidməti bu məlumatı təkzib etdikdən sonra prokurorluq fakt üzrə cinayət işçi qaldırıb və jurnalistə böhtan xarakterli məlumat yaymaq ittihamı irəli sürülüb. Sonradan İ. Murtazinə qarşı KİV-dən istifadə etməklə nifrət və düşmənçilik yaratmaq, insan ləyaqətini alçaltmaq maddəsi üzrə ikinci cinayət işi qaldırılıb və hər iki iş birləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR