Bank Of Baku

Ahıska türklərinin Gürcüstana qayıdışı üçün müəyyən edilmiş müddət uzadılır

Ahıska türklərinin Gürcüstana qayıdışı üçün müəyyən edilmiş müddət uzadılır
# 26 dekabr 2008 10:24 (UTC +04:00)
Tiflis – APA. Gürcüstan parlamenti Ahıska türklərinin repatriasiyası üçün müəyyən edilmiş müddətin uzadılmasını nəzərdə tutan qanun dəyişikliyini ikinci oxunuşda qəbul edib. APA-nın Gürcüstan saytlarına istinadən verdiyi məlumata görə, tarixi vətənlərinə dönmək istəyən Ahıska türkləri 2009-cu il iyulun 1-nə qədər ərizə ilə müraciət edə biləcək. Əvvəlki müddət isə 2009-cu il yanvarın 1-nə qədər idi. Parlamentin Hüquq məsələləri komissiyasının sədr müavini Akaki Minaşvili bildirib ki, müddətin uzadılmasının səbəbi 2008-ci il ölkədə 3 dəfə seçki keçirilməsi və avqust ayında baş verən müharibədir.

Qeyd edək ki, qanuna əsasən Gürcüstana qayıtmaq istəyən Ahıska türkləri yaşadıqları və ya yaxın ölkədəki Gürcüstan konsulluqlarına müraciət etməlidir. A. Minaşvili indiyə qədər 900-ə yaxın müraciət daxil olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR