Bank Of Baku

Gürcüstanda prezidentin səlahiyyətləri azaldılacaq

Gürcüstanda prezidentin səlahiyyətləri azaldılacaq
# 26 dekabr 2008 12:49 (UTC +04:00)
Tiflis – APA. Gürcüstanda prezidentlə parlament arasında səlahiyyət bölgüsü ilə bağlı Konstitusiya dəyişikliyi təklifinin son variantı yaxın günlərdə müzakirəyə çıxarılacaq. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu hökumətin parlament katibi Giya Xuroşvili deyib. O, dəyişiklik təklifinin yalnız dövlət başçısı ilə qanunverici orqan arasında səlahiyyət bölgüsü prinsipləri haqqında olduğunu bildirib. Parlamentin Hüquq məsələləri komitəsinin sədr müavini Akaki Minaşvili isə prezidentin bu məsələyə hələ parlamentdəki çıxışı zamanı toxunduğunu xatırladıb: “Prezident çıxışında bəyan etmişdi ki, parlamentin funksiyalarını artırmaq və prezidentin səlahiyyətlərini azaltmaq barədə fikirlər var. Dəyişiklik təklifi də məhz bunu nəzərdə tutur”.

Qeyd edək ki, Gürcüstan Konstitusiyasına əsasən Konstitusiya dəyişikliyi barədə təklif parlamentə təqdim edildikdən sonra ümumxalq müzakirəsi üçün mətbuatda dərc olunmalıdır. Bundan 1 ay sonra layihə qanunverici orqanda müzakirəyə çıxarılmalıdır. Layihənin təsdiqlənməsi üçün deputatların azı üçdə ikisinin səsi tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR