Bank Of Baku

Okruaşvili “Vahid Gürcüstan uğrunda” partiyasının sədri seçilib

Okruaşvili “Vahid Gürcüstan uğrunda” partiyasının sədri seçilib
# 16 mart 2008 10:59 (UTC +04:00)
Partiyanın baş katibi, vəkil Eka Beseliya bildirib ki, ibtidai istintaq altında olduğuna görə İrakli Okruaşvili əvvəllər partiyanın rəhbəri ola bilməzdi. Hazırda azadlıqda olduğuna görə buna maneə yoxdur. E. Beseliyanın sözlərinə görə, növbədənkənar qurultay partiyanın sədri Georgi Tortladze və siyasi katib Georgi Tsaqareişvili qurumu tərk etməsi səbəbindən çağırılıb.
Qeyd edək ki, İ.Okruaşvili hazırda Parisdədir. Aprelin ortalarında bu şəhərdə onun işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək, o cümlədən İ.Okruaşvilinin Gürcüstana ekstradisiya edilməsi məsələsinə və vəkillərin keçmiş nazirə Fransada siyasi sığınacaq verilməsi haqqında xahişinə baxılacaq. Gürcüstanda İ.Okruaşvili bu ölkənin CM-nin 4 maddəsi (zorakılıq yolu ilə bir qrup şəxs tərəfindən həyata keçirilən rüşvətxorluq, pulların “yuyulması”, xidməti səlahiyyətlərindən sui-istifadə etmə və xidməti səhlənkarlıq) üzrə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR