Bank Of Baku

Gürcüstan MDB Birləşmiş Hava Hücumundan Müdafiə Sisteminin yaradılması haqqında müqaviləni rəsmən tərk edib

Gürcüstan MDB Birləşmiş Hava Hücumundan Müdafiə Sisteminin yaradılması haqqında müqaviləni rəsmən tərk edib
# 14 may 2008 12:30 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Gürcüstan MDB çərçivəsində imzalanmış Birləşmiş Hava Hücumundan Müdafiə Sistemi yaradılması haqqında müqaviləni rəsmən tərk edib. APA-nın məlumatına görə, Gürcüstan Xarici İşlər Nazirliyi bu gün sazişin saxlandığı Belarus Xarici İşlər Nazirliyinə 1995-ci il fevralın 10-da qəbul olunmuş müqavilədən çıxdığı barədə nota göndərib. Qaydaya görə, saziş Gürcüstana bir ildən sonra şamil olmayacaq. Xatırladaq ki, mayın 5-də Gürcüstan Rusiya ilə imzalanmış hava hücumundan müdafiə sahəsində əməkdaşlıq haqqında ikitərəfli sazişdən çıxdığını bəyan edib. Bu saziş 1995-ci il aprelin 19-dan qüvvədə idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR