Bank Of Baku

AŞ PA-nın Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə Alt Komitəsinin üzvləri bu ölkəyə səfər edirlər

AŞ PA-nın Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə Alt Komitəsinin üzvləri bu ölkəyə səfər edirlər
# 17 may 2008 11:56 (UTC +04:00)
Alt Komitənin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qənirə Paşayeva APA-ya açıqlamasında bildirib ki, mayın 19-da müşahidəçilərin Gürcüstanın Mərkəzi Seçki Komissiyasının sədri, ekspertlər, siyasi analitiklərlə, seçkiləri müşahidə təşkilatları ilə görüşləri olacaq. Mayın 20-də AŞ PA müşahidəçilərinin iştirakı ilə siyasi partiyaların, mətbuat nümayəndələrinin qatıldığı dəyirmi masa keçiriləcək. Alt Komitə üzvlərinin Milli Demokratiya İnstitutu, “Transparençiy İnternational” təşkilatı, Sülh və İnkişaf Naminə Qafqaz İnstitutu, Gürcüstanın Strateji Araşdırmalar Mərkəzi, Açıq Cəmiyyət İnstitutu, bir sıra beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə də görüşləri gözlənilir. AŞ PA təmsilçiləri ATƏT-in Müşahidə Missiyasının və digər beynəlxalq təşkilatların nümayəndələri ilə də müzakirələr aparacaqlar. Mayın 22-də isə AŞ PA müşahidəçiləri keçirəcəkləri mətbuat konfransında seçkilərlə bağlı ilkin rəylərini açıqlayacaqlar.
Q. Paşayeva parlament seçkilərinə qatılan azərbaycanlı namizədlərlə görüşəcəyini, soydaşlarımızın yaşadığı ərazilərdə olacağını, onlarla seçkiqabağı vəziyyətlə bağlı müzakirələr aparacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR