Bank Of Baku

Konstantin Qabaşvili: “Gürcüstanda demokratik seçkilərin keçirilməsi üçün bütün imkanlar yaradılıb”

Konstantin Qabaşvili: “Gürcüstanda demokratik seçkilərin keçirilməsi üçün bütün imkanlar yaradılıb”
# 20 may 2008 12:09 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. “Gürcüstanda demokratik seçkilərin keçirilməsi üçün bütün imkanlar yaradılıb. Müxtəlif təhlükəsizlik tədbirləri görülsə də, hazırda ölkədə vəziyyət normal və stabildir”. Bu sözləri APA-ya açıqlamasında Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Konstantin Qabaşvili deyib. O, bəzi qüvvələrin müəyyən aksiyalar planlaşdırdığını, amma onların öz niyyətlərinə nail olmayacaqlarını bildirib: “Uduzmağı bacarmaq lazımdır”. K. Qabaşvili Gürcüstana xeyli beynəlxalq müşahidəçinin gəldiyini, medianın işi üçün hər cür şərait yaradıldığını söyləyib.
Ombudsman aparatının nümayəndəsi Koba Çopliani isə hər səs uğrunda kəskin mübarizənin getdiyini vurğulayıb: “Bizim ofis müşahidə edib ki, seçiciləri “Bibliya”ya əl basaraq müəyyən namizədə səs verəcəyinə dair and içməyə məcbur edirlər”.
Qeyd edək ki, sabah keçiriləcək parlament seçkilərində 150 nəfərdən ibarət yeni qanunverici orqan formalaşacaq. Millət vəkillərinin 75-i majoritar, 75-i isə proporsional sistem üzrə seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR