Bank Of Baku

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir
# 21 may 2008 08:16 (UTC +04:00)
Seçki bülletenlərinə üç seçki blokunun və doqquz partiyanın adları daxil edilib. Qeyd edək ki, bu, müstəqil Gürcüstanın tarixində keçirilən sayca yeddinci parlament seçkiləridir. Bu gün keçirilən seçkilərdə siyasi partiya və blokların parlamentdə təmsil olunması üçün müəyyənləşdirilən minimum səs baryeri 7 faizdən 5 faizə endirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırda Gürcüstanda 3 milyon 465 min 736 seçici qeydiyyata alınıb. Bundan başqa ölkə hüdudlarından kənarda yaşayan 37 min seçici səs vermək üçün Gürcüstanın səfirlik və konsulluqlarında qeydiyyatdan keçiblər. Gürcü diasporunun yaşadığı 14 ölkədə, o cümlədən Rusiya, Ukrayna, Almaniya, Yunanıstan və gürcü sülhməramlılarının xidmət keçdiyi İraqda seçki məntəqələri yaradılıb. MSK seçkilərin ilkin nəticələrinin səsvermə başa çatdıqdan bir sutka sonra elan olunacağını bildirib. Bu, həmçinin Gürcüstan tarixində ən bahalı seçkilər sayılır. Gürcüstanın aparıcı telekanallarında bir dəqiqəlik efir vaxtının qiyməti 10 min 30 min dollar arasında dəyişib. Telekanallar həmçinin bütün partiyalara hər saatdan bir 10 saniyə və gün ərzində üç dəfə bir dəqiqə pulsuz efir vaxtı ayırıblar. Artıq seçkilərdə ilk insident də qeydə alınıb. Şərqi Gürcüstanda 37 saylı seçki məntəqəsində komissiya üzvləri əlbəyaxa olublar. Davaya səbəb komissiya üzvlərindən birinin seçiciyə hansı partiyaya səs verməli olduğunu deməsi olub. Tiflisdə isə seçicilərin barmağına xüsusi mürəkkəb vurulub-vurulmadığını yoxlayan detektor aparatı sıradan çıxdığına görə, səsvermə nəzərdə tutulduğundan gec başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR