Bank Of Baku

İlkin nəticələrə əsasən Gürcüstanda keçirilən parlament seçkilərində hakim partiya qalib gəlib

İlkin nəticələrə əsasən Gürcüstanda keçirilən parlament seçkilərində hakim partiya qalib gəlib
# 22 may 2008 07:47 (UTC +04:00)
APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyası ölkə üzrə 3 min 475 seçki məntəqəsindən 409-da səslərin hesablanmasını başa çatdırıb. Proporsional sistem üzrə Vahid Milli Hərəkat 59,78%, onun əsas rəqibi olan “Birləşmiş müxalifət” bloku isə 15,42% səs toplayıb. 8,46% səs alan Xristian-Demokratik Hərəkat və 7,12% səs yığan Leyborist Partiyası da 5 faizlik minimum baryeri aşaraq parlamentdə təmsilçilik hüququ qazanıblar. Səsvermədə seçicilərin 55%-ə yaxını iştirak edib. “Exit-poll”un nəticələrinə əsasən isə Vahid Milli Hərəkat 63%, “Birləşmiş müxalifət” 14%, Xristian-Demokratik Hərəkat 9,1%, Leyborist Partiyası 5,8% səs yığıblar. “Birləşmiş müxalifət”in liderlərindən biri Giya Tortladze bildirib ki, MSK-nın elan edəcəyi yekun nəticə də “exit-poll”un nəticəsi kimi olarsa, ölkədə xalq üsyanı baş verəcək. Seçki gecəsi tərəfdarlarını Tiflisdəki İdman Sarayının qarşısına toplayan “Birləşmiş müxalifət” seçki məntəqələrindən daxil olan protokollara əsasən 33%-dən çox səs toplayaraq birinci yeri tutduğunu, hakim partiyanın isə 30,2% səs aldığını elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR