Bank Of Baku

Gürcüstan müxalifəti kütləvi etiraz aksiyasına başlayıb

Gürcüstan müxalifəti kütləvi etiraz aksiyasına başlayıb
# 26 may 2008 11:53 (UTC +04:00)
Yürüşçülər Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş hərbi paradın başa çatmasından bir neçə dəqiqə sonra parlament binasının qarşısındakı meydana daxil olublar. Rustaveli prospektinə giriş-çıxışları nəzarətdə saxlayan xüsusi təyinatlılar kütlənin qarşısını kəsməyiblər və ərazidən uzaqlaşıblar. Birləşmiş müxalifətin liderlərindən biri Levan Qaçeçiladze ABŞ-a qarşı sərt ittihamlarla çıxış edib. O bildirib ki, Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələr ABŞ-ın sifarişidir: “Heç bir müxalif qüvvə bu parlamentdə fəaliyyət göstərməyəcək. Məni Amerika və Avropanın nə düşündüyü maraqlandırmır, biz öz xalqımızın maraqları naminə mübarizə aparmalıyıq. Bu mübarizə Amerika və digər dövlətlərin yalana əsaslanan siyasətinə, dünya geopolitikasına qarşı yönəlib”. “Birləşmiş müxalifət”ə daxil olan “Yeni sağlar” Partiyasının lideri David Qamkrelidze xüsusi Memorandum imzalayaraq parlament seçkilərinin nəticələrinin tanımadıqlarını, qanunverici orqanda təmsil olunmayacaqlarını və yeni seçkilərin keçirilməsi tələbini irəli sürdüklərini açıqlayıb. Müstəqil Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın oğlu, “Azadlıq” Hərəkatının lideri Konstantin Qamsaxurdiya Mixail Saakaşvilinin Metyu Brayzanın ssenarisi əsasında səhnələşdirdiyi tamaşada oynamaq fikrində olmadıqlarını bildirib. Leyborist Partiyasının lideri Şalva Natelaşvili isə birləşmiş müxalifətə qoşulduqlarını elan edib: “Bizim birliyimiz Saakaşvili rejiminin iflasına gətirib çıxaracaq. Gürcüstanda heç vaxt bu cür seçki keçirilməmişdi. Gürcü xalqı bunu heç kimə bağışlamayacaq”. Sonra çıxış edən birləşmiş müxalifətin liderlərindən biri Koba Davitaşvili prezidentə ultimatum verib. Onun sözlərinə görə, Mixail Saakaşvili iki saat ərzində xalqın qarşısına çıxaraq parlament seçkilərinin saxtalaşdırıldığını etiraf etməlidir: “Əgər bu tələb yerinə yetirilməsə, xalq onun oturduğu yerə doğru irəliləyəcək və ondan cavab tələb edəcək”. K. Davitaşvili MSK-nı seçkilərin yekun nəticələrini elan etməməyə çağırıb. O, İctimai Televiziyanı müxalifətin mitinqini canlı yayımlamağa da səsləyərək əks təqdirdə televiziya binasına doğru yürüşə başlayacaqlarını söyləyib.
Qeyd edək ki, mayın 21-də keçirilən parlament seçkilərində birləşmiş müxalifət 16, digər müxalifət partiyaları Leyboristlər və Xristian-Demokratik Hərəkat isə hərəyə 6 mandat əldə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR