Bank Of Baku

ATƏT Gürcüstanda milli azlıqlarla bağlı həyata keçirilən layihənin ilkin dəyərləndirməsini aparıb

ATƏT Gürcüstanda milli azlıqlarla bağlı həyata keçirilən layihənin ilkin dəyərləndirməsini aparıb
# 27 may 2008 12:59 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Kanadanın Karleton Universitetinin politologiya üzrə professoru Pyotr Dukeviç Gürcüstanın Kvemo-Kartli bölgəsinə səfər edib. APA-nın məlumatına görə, səfərdə məqsəd azərbaycanlı, erməni və yunanların kompakt şəkildə yaşadığı bu bölgədə ATƏT-in Milli Azlıqlarla İş üzrə Komissarlığının həyata keçirdiyi layihəni dəyərləndirməkdir. Pyotr Dukeviç səfər zamanı milli azlıqların yaşayış səviyyəsi və onların hüquqlarının qorunması ilə bağlı monitorinq keçirib. Səfərin nəticələrinə həsr olunmuş hesabatda politoloq bildirib ki, bu bölgədə yaşayan milli azlıqların nümayəndələrinin əksəriyyəti gürcü dilində danışa bilmir və ya bu dili ümumiyyətlə başa düşmürlər. “Bu isə onların ölkənin siyasi və mədəni həyatında iştirakına mane olur. Əhalisinin 83 faizini azərbaycanlılar təşkil edən Marneuli rayonunda isə gənclər arasında dil problemi o qədər də aktual deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR