Bank Of Baku

Nazranda baş verən partlayış nəticəsində 4 nəfər ölüb

Nazranda baş verən partlayış nəticəsində 4 nəfər ölüb
# 13 iyun 2008 14:35 (UTC +04:00)
Nazran APA. Bu gün səhər İnquşetiyanın Nazran şəhərinin mərkəzində iki partlayış baş verib. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində eyni damı olan iki mağaza dağılıb. Nəticədə 4 nəfər ölüb, 6 nəfər yaralanıb. İnquşetiya Respublikasının fövqəladə hallar naziri Yusup Tsitsiyev iki nəfərin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib. Onlardan biri ərzaq mağazasının sahibi, digəri isə içki mağazasının satıcısıdır. Yaralılardan 3-nün vəziyyəti ağırdır. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Partlayışın qaz sızmasından baş verdiyi güman olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR