Bank Of Baku

Serj Sarkisyan 1 mart hadisələrində polisi ittiham edib

Serj Sarkisyan 1 mart hadisələrində polisi ittiham edib
# 13 iyun 2008 14:52 (UTC +04:00)
İrəvan APA. Ermənistan prezidenti Serj Sarkisyan demokratiyanın tərkib hissəsi adlandırdığı mitinqlərin bundan sonra da keçiriləcəyini bəyan edib. APA-nın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, S. Sarkisyan polis rəhbərliyi və zabit heyəti ilə görüşdə demokratik dövlət qurduqlarını və həmin dövlətdə kütləvi tədbirlər, etiraz aksiyaları və digər siyasi iradə nümayişinə icazə veriləcəyini vurğulayıb: “Lakin bu, özbaşınalığa əsas vermir. Biz elə etməliyik ki, hər şey qanun çərçivəsində olsun”.
Ermənistan prezidenti bildirib ki, kütləvi tədbirlər qanun çərçivəsindən kənara çıxdıqda buna görə polis məsuliyyət daşıyır: “Heç kim demokratiya şüarı altında özünün kriminal meylini gizlətməməlidir. Bütün qanun pozuntularının qarşısı sərt şəkildə alınmalıdır, amma kobud şəkildə deyil”. Martın 1-də İrəvanda baş verən hadisələrə toxunan S. Sarkisyan olaylarda təkcə müxalifətin deyil, eləcə də dövlətin və ilk növbədə polisin günahkar olduğunu söyləyibb. O, polisin həmin dövrdə ilk dəfə təşkil edilmiş iğtişaş proqramı ilə üzləşdiyini deyib: “Polisin fəaliyyəti peşəkar olsaydı, qurbanlardan və yaralılardan yayınmaq olardı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR