Bank Of Baku

Viktor Yuşşenko Krım rəhbərliyinə yerli tatarların torpaq probleminin həlli barədə tapşırıq verib

Viktor Yuşşenko Krım rəhbərliyinə yerli tatarların torpaq probleminin həlli barədə tapşırıq verib
# 19 iyun 2008 12:08 (UTC +04:00)
Kiyev. Kərim Həsənli APA. Ukrayna prezidenti Viktor Yuşşenko 1944-cü ildə deportasiya olunmuş xalqların nümayəndələrinə Krım Muxtar Respublikasında torpaq sahələrinin ayrılması ilə bağlı yaranmış problemin həllinin sürətləndirilməsini istəyib. APA-nın məlumatına görə, Ukrayna prezidentinin mətbuat xidmətindən bildiriblər ki, V. Yuşşenko Krım MR Ali Radasının sədri Anatoli Qritsenko və Nazirlər Şurasının sədri Viktor Plakida ilə görüşü zamanı onlara bu problemin tezliklə aradan qaldırılması üçün tədbirlər görməyi tapşırıb.
Qeyd edək ki, Ukraynanın dövlət başçısı bu il mayın 14-də Krımdakı vətəndaşların torpaq probleminin həlli ilə bağlı fərman imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR