Bank Of Baku

Yeni tikilən bina çöküb

Yeni tikilən bina çöküb
# 19 iyun 2008 14:18 (UTC +04:00)
Gümrü-APA. Ermənistanın üçüncü ən böyük şəhəri olan Gümrüdə yeni tikilən bina çöküb. APA-nın “Armenia Today” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində üç nəfər ölüb, bir nəfər isə yaralanıb. Ermənistan Xilasetmə Xidmətindən verilən məlumata görə, hadisə iyunun 18-də axşam baş verib. Gümrü meriyasının qonşuluğunda tikilən binanın çökməsi nəticəsində divarın bir hissəsi yaxınlıqdakı kiçik evlərin üstünə tökülüb. Dağıntılar altında qalan 68 yaşlı Luiza Adamyan, 69 yaşlı Jorjetta və 39 yaşlı Asmik Arutunyanlar ölüb. 20 yaşlı Qayane Lambaryan isə yaralanaraq xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR