2022-ci il ərzində Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında 6 ikitərəfli görüş və 20 telefon danışığı baş tutub.
APA "armenpress"ə istinadən xəbər verir ki, bu barədə 2021-2026-cı illər proqramının 2022-ci ildə icrası və nəticələrinə dair Ermənistan hökumətinin hesabatında bildirilib.
Hesabatda qeyd edilib ki, ötən il ərzində Ermənistan Baş naziri və Rusiya Baş naziri arasında 3 ikitərəfli görüş və 2 telefon danışığı olub. 2023-cü ilin əvvəlində də Baş nazirlər arasında bir görüş olub.
Hökumətin hesabatında Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüşlər barədə də məlumat verilib.
Bildirilib ki, 2022-ci ildə Mirzoyan və Lavrov arasında 8 görüş və 10 telefon danışığı olub.