Bank Of Baku

Astarada 3 otaqlı ev yanıb

Astarada 3 otaqlı ev yanıb
# 11 fevral 2020 07:46 (UTC +04:00)

Astara rayonunda yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın Tənğərüd kəndində qeydə alınıb.

Hadisə zamanı ümumi sahəsi 165 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Zirzəmiyə yığılan 5 m² taxta materialı və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR