Bank Of Baku

Bakıda zoomarketə basqın edib, sahibini bıçaqlayan şəxslər saxlanılıb

Bakıda zoomarketə basqın edib, sahibini bıçaqlayan şəxslər saxlanılıb
# 09 yanvar 2020 12:24 (UTC +04:00)

Bakıda mağaza sahibini bıçaqlayıb oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə rayon ərazisində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, yanvarın 7-də saat 16 radələrində Mərdəkan qəsəbəsi ərazisində yerləşən zoomarketə gəlmiş 2 nəfər oranın sahibi H.Babayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək cibindən 14.000 manatı götürüb hadisə yerini tərk ediblər.

H.Babayev xəstəxanaya yerləşdirilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Əliyev və Ə.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR