“Belarusda keçirilən etiraz aksiyaları zamanı iki nəfər ölüb”.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Belarus Səhiyyə naziri Vladimir Karanik həkimlərin qarşısında çıxışı zamanı bildirib.
Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S. Tixanovskayanın isə 10% səs topladığı açıqlanıb.
Seçkilərdən sonra nəticələrə etiraz olaraq nümayişlər keçirilir.