Bank Of Baku

Belarusda aksiyalar zamanı 500-dən çox etirazçı saxlanılıb

Belarusda aksiyalar zamanı 500-dən çox etirazçı saxlanılıb
# 12 oktyabr 2020 06:19 (UTC +04:00)

Belarus şəhərlərində baş verən aksiyalar zamanı hüquq-mühafizə orqanları tərəfindən saxlanılan etirazçıların sayı 500 nəfəri keçib.

APA xəbər verir ki, bu barədə “Vesna” hüquq müdafiəsi mərkəzi məlumat yayıb.

Təşkilatın saytında dərc olunmuş siyahıda 501 nəfərin adı yer alıb. Bildirilir ki, həbs olunanların arasında Belarus biatlonçusu, dörd qat Olimpiya çempionu Daria Domraçevanın qardaşı, arxitektor Nikita Domraçev də var. Həmçinin etirazlar aksiyalarını işıqlandıran 40-dan çox media nümayəndəsi saxlanılıb, onların əksəriyyəti artıq sərbəst buraxılıb.

Aksiyalar Berezovka, Brest, Bobruysk, Vitebsk, Qomel, Grodno, Jlobin, Kobrin, Moqilyev, Molodeçno, Soliqorskda qeydə alınıb. Minskdə müxalifət “Qürur yürüşü” keçirməyə cəhd etsə də, təhlükəsizlik qüvvələri onun qarşısını alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR